Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:34

«Bu dünya mənim rənglərimi daşıyacaq qədər güclü deyil»


İsa Şahmarlı
İsa Şahmarlı
-
Yasamal Rayon polis idarəsinin məlumatına görə, yanvarın 22-də Azad LGBT təşkilatının sədri, 20 yaşlı İsa Şahmarlı intihar edib.
Dostlarının verdiyi məlumata görə, o özünü təşkilatın bayrağı ilə asıb. Təcili yarıdım çağırılsa da həkimlər onun öldüyünü bildirib.

İsa Şahmarlının dostu Leyla İsmayılova AzadlıqRadiosuna deyib ki, onlar içəri girəndə onu asılmış vəziyyətdə görüblər.

“Özünü bayraqla asmışdı. Biz içəri girdik. Bıçaqla kəsdik, stolun üstünə uzatdıq. Nəfəs verdik. Həkim çağırdıq. Həkim bir saata yaxın olardı, gəldi. Sonra dedilər ki, artıq keçinib”.

Sizcə niyə görə intihar edib sualına isə Leyla İsmayılova “bilmirəm, ola bilər problemləri vardı, xəbərim yoxdur” cavabını verib.
İsa Şahmarlı intiharla bağlı facebook səhifəsində də yazıb. “Bu dünya mənim rənglərimi daşıya biləcək qədər güclü deyil”.

20 yaşlı İsa Şahmarlının meyiti morqa aparılıb.

Kanal 13 Az internet kanalı İsa Şahmarlının vaxtilə dediyi bu fikirləri yayıb:

“Mən ümid edirəm ki, bir gün mən o günü görəcəyəm ki, Bakının da küçələrində LGBT bayraqları dalğalanır. LGBT-yə aid şüarlar səsləndirilir. Əsas görmək istədiyim bir homeseksual cütlüyün əl-ələ verib Bakıda rahat gəzə bilməsidir. Elə bir cəmiyyət formalaşdırmaq ki, onlara qıraqdan hər hansı təzyiq olmasın”.

İsa Şahmarlı kulis.az saytının təşkil etdiyi "Ən qısa hekayə" müsabiqəsində "Anam "Mənim homoseksual bir oğlum yoxdu!" dediyində udqundum. O gün bu gündür ki, hər udqunanda boğuluram." hekayəsi ilə iştirak etmişdi.

Yanvarın 16-da Nəfəs LGBT Azərbaycan Alyansı Azərbaycandakı cinsi azlıqlar üzləşdikləri ayrı-seçkiliklə bağlı Daxili İşlər Nazirliyinə müraciət etmişdi. Həmin müraciətdə, son 10 gündə 2 nifrət cinayətinin baş verdiyi vurğulanırdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG