Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:58

Cəmil Həsənlinin qızına ilyarım həbs cəzası verildi


Günel Həsənli
Günel Həsənli

-

Yasamal rayon Məhkəməsi Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənliyə cəza təyin edib.

Məhkəmə avtoqəza hadisəsi ilə əlaqədar onu 1 il 6 ay azadlıqdan məhrum edib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək

Bu məlumatı öz «facebook» səhifəsində Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, «Siyasi Məhbuslarsız Azərbaycan» İctimai Alyansının koordinatoru Oqtay Gülalıyev yayıb.

Oqtay Gülalıyev bildirir ki, «bu cəza absurd və ədalətsiz olmaqla yanaşı, hakimiyyətin öz rəqiblərinə qarşı sərgilədiyi «qurşaqdan aşağı vurma» və qisasçı münasibətinin bir daha bariz nümunəsidir. Bu qərar həm də son günlər hakimiyyətin bir qrup siyasi partiya rəhbərləri ilə apardığı «görüş-dialoq» oyununun imitasiyadan başqa bir şey olmadığını göstərir».

Daxili İşlər Nazirliyi sentyabrın 19-da Günel Həsənlinin «KİA» markalı avtomobillə piyada, 1928-ci il təvəllüdlü Ədilə Səlimovanı vurması haqqında xəbər yaymışdı.

Oqtay Gülalıyev bildirir ki, Günel Həsənlinin himayəsində iki azyaşlı övladı var, zərərçəkən isə məhkəmədə şikayətinin olmadığını bildirib.

Cəmil Həsənli məhkəmə barədə bunları deyib:

«Belə bir sərt qərar baş verən hadisə ilə adekvat olmayıb, mənim müxalif mövqeyimlə bağlıdır. Birinci dəfə deyil ki, Azərbaycan məhkəmələri valideynlərin siyasi mövqeyinə görə onların uşaqlarını cəzalandırırlar».

XS
SM
MD
LG