Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 05:47

Yeniyetmə anaların doğduğu uşaqlar artıb


arxiv foto
arxiv foto

-
Azərbaycanda 15-17 yaşlı analar tərəfindən doğulan uşaqların sayı 15,4 faiz artıb.


Bu barədə Dövlət Statistika Komitəsi Trend-ə məlumat verib. Bildirilir ki, 2013-cü ildə Azərbaycanda 15-17 yaşlı analar tərəfindən 2 855, 2014-cü ildə isə 3296 uşaq dünyaya gəlib.


Əvvəlki illərdə olduğu kimi ötən il də bu yaşda dünyaya gələn uşaqların çoxu kənd yerlərinin payına düşüb. 2014-cü ildə 1054 uşaq şəhər, 2242 uşaq isə kənd yerlərində doğulub.


Azərbaycanda nikah yaşı 18-dir. Bəzi istisna hallarda müvafiq icra hakimiyyəti orqanı tərəflərin xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

XS
SM
MD
LG