Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 17:47

Məmmədyarov Pekində memorandum imzaladı


Memorandumun imzalanması - 14 mart 2016
Memorandumun imzalanması - 14 mart 2016

-

Pekində Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dialoq üzrə Tərəfdaşı statusunun verilməsinə dair memorandum imzalanıb. Sənədi Çində səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və ŞƏT-in baş katibi Rashid Alimov imzalayıblar.

AZƏRTAC-ın xəbərinə görə, mərasimdə Rusiyanın, Qazaxıstanın, Özbəkistanın, Türkiyənin, Pakistanın, Monqolustanın, Kambocanın səfirləri iştirak ediblər.

E.Məmmədyarov bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatının Dialoq üzrə Tərəfdaşı statusunu əldə etməsi Azərbaycan üçün vacib hadisədir. O, həmçinin qeyd edib ki, Azərbaycanın ŞƏT-də təmsil olunan ölkələr ilə ikitərəfli qaydada dərin münasibətləri var.

Görüşdə ölkələrin ərazi bütövlüyü, sivilizasiyalararası dialoq və qədim İpək Yolu üzrə yükdaşımaları mövzularına da toxunulub. Qeyd olunub ki, üzvləri İpək Yolu üzərində yerləşən ŞƏT-in Azərbaycan ilə əməkdaşlığının dərinləşməsi nəqliyyat sahəsində yeni imkanlar açacaq.

Şanxay Əməkdaşlıq Təşkilatının ötən ilin iyulunda Ufa şəhərində keçirilən sammitində Azərbaycana bu qurumun Dialoq üzrə Tərəfdaşı statusunun verilməsi barədə qərar qəbul olunub.

ŞƏT 2001-ci il iyunun 15-də Şanxay şəhərində Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın iştirakı ilə yaradılan dövlətlərarası beynəlxalq təşkilatdır. Açıqlandığına görə, məqsədi üzv ölkələr arasında qarşılıqlı etimadı, mehriban qonşuluq münasibətlərini möhkəmləndirmək, siyasi, ticari-iqtisadi və mədəni əlaqələri gücləndirməkdir.

Katibliyi Pekində yerləşən ŞƏT-də İran, Əfqanıstan, Monqolustan, Belarus, Hindistan və Pakistanın müşahidəçi statusu var.

Azərbaycan, Türkiyə, Şri-Lanka, Kamboca, Nepal və Ermənistan da təşkilatın Dialoq üzrə Tərəfdaşıdır.

Azərbaycanın xarici İşlər naziri Elmar Məmmədyarov Çinə martın 13-də gedib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG