Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:39

Yağış, şimşək, dolu gözlənilir


Yağış
Yağış

-

İyunun 1-i Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 16-19, gündüz 22-27, Bakıda gecə 17-19, gündüz 25-27 dərəcə isti olacaq.

İyunun 1-i ölkənin rayonlarında da gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı bildirilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dolu düşəcəyi qeyd edilir. Aran rayonlarında gecə 14-19, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacağı bildirilir.

XS
SM
MD
LG