Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:03

«Formula-1» varsa, imtahan yoxdur


İmtahan
İmtahan

-
Bu il Azərbaycanda keçiriləcək «Formula-1» yarışları ilə əlaqədar ali təhsil müəssisələrində yay imtahanlarının keçirilmə vaxtında dəyişiklik olub.

Təhsil Nazirliyindən APA-ya bildirilib ki, Elm, ali və orta ixtisas təhsili şöbəsi iyunun 15-dən 20-nə kimi ali məktəblərdən imtahan təyin olunmamasını xahiş edib. Digər günlərdə isə imtahanlar əvvəlcədən təyin olunduğu qaydada davam etdiriləcək.

Yay imtahan sessiyasına iyunun 1-dən start veriləcək, iyulun 5-də yekun vurulacaq.

«Formula-1» Avropa Qran-prisinin Bakı mərhələsi bu il iyunun 17-dən 19-na kimi davam edəcək.

XS
SM
MD
LG