Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:38

"Kitab oxuyan uşaqlar böyüyəndə daha çox pul qazanırlar"


-

Britaniyanın "Telegraph"qəzeti "Economic" jurnalında çıxmış bir araşdırmanın nəticələrini oxucuları ilə paylaşıb. İtaliyanın Padua Universitetində aparılan araşdırmalara görə, uşaqlıq və gənclik dövrlərində kitaba daha çox bağlı olanlar iş həyatlarında daha çox pul qazanırlar.

Padua Universitetində işləyən Giorgio Brunello, Guglielmo Weber və Christoph Weiss kimi iqtisadçılar 9 Avropa ölkəsindən 6 min nəfərin karyera və qazanc durumunu tədqiq edərək bu nəticəyə gəliblər.

Onlar deyirlər ki, şans faktoru yaxşı iş tapmaqda o qədər də təsirli deyil, insanlar təhsilləri, iş əxlaqları, təcrübələri ilə yüksəlirlər.

Universitetlərdə peşəkar bacarıqlar öyrədilir, amma həyata baxış, bilik və əxlaq yaşayaraq və bəzən də oxunan kitablardan öyrənilir.

Uşaqlıqda çox kitab oxuyan adamların maaşları uşaqlıqda daha az kitab oxuyan adamlara nəzərən 5 faiz çoxdur.

Evlərində kitab olan və məktəbə başlamazdan əvvəl kitabı çox sevən uşaqlar dərs kitablarını daha rahat oxuyur və gələcəkdə də daha yaxşı iş fürsətləri olur.

Araşdırmaçılar valideynlərə uşaqlarının məktəbdə daha uğurlu olması və gələcəkdə daha yaxşı işlərdə işləmələri üçün kitab oxumaq alışqanlığı aşılamalarını məsləhət görürlər.

XS
SM
MD
LG