Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 11:45

'Crocus'da zərərçəkənlər Ağalarova cinayət işinin açılmasını istəyirlər


Araz və Emin Ağalarovlar (Arxiv fotosu)
Araz və Emin Ağalarovlar (Arxiv fotosu)

Moskva ətrafındakı Crocus City Hall konsert zalına terror hücumundan zərər çəkənlər İstintaq Komitəsinə kompleksin sahiblərinə qarşı cinayət işinin açılması üçün müraciət diblər.

Bu barədə məlumatı RIA Novosti xəbər agentliyinə vəkil İqor Trunov verib.

Vəkilin sözlərinə görə o 11 ərizəçinin maraqlarını müdafiə edir.

Bunların arasında “Piknik” qrupunun çəkiliş qrupunun rəhbəri, habelə hadisədə ölənlərin qohumları var.

Rusiya İstintaq Komitəsinə təqdim olunmuş ərizədə iddia olunur ki, konsert zalının sahibləri obyektin yanğından mühafizə sisteminə lazımınca diqqət ayırmayıblar.

Şahidlər danışırlar ki, məsələn, səhnənin pərdəsi bir neçə saniyə ərzində yanıb, halbuki pərdə odadavamlı materialdan hazırlanmalı idi.

Araz və Emin Ağalarovlar

RIA Novostinin yazdığına görə ərizədə bu da deyilir ki, obyektin yanğına qarşı avadanlığı və tüstüçıxaran sistemi işlək vəziyyətdə olmayıb.

Vəkil Trunov şahidlərə istinadla bildirir ki, zalın bir çox təxliyə qapıları terror aktı zamanı kilidli olub.

Crocus City Hall kompleksinin sahibi Crocus qrupudur. Bu qrupun sahibi azərbaycanlı iş adamı Araz Ağalarovdur.

O terror aktından sonra mediaya bildirib ki, bütün yanğından mühafizə sistemləri saz vəziyyətdə olub, amma Crocus City Hall zalının mühafizəsi silahlı hücumun qarşısını ala bilməyib.

Ağalarovun oğlu və onun biznes partnyoru Emin Ağalarov da iddia etmişdi ki, konsert zalının bütün təhlükəsizlik sistemləri ştat rejimində işləyib və hidrant krantlarının hamısında lazımi təzyiq olub.

Xeyli qurbanın tüstüdən boğularaq öldüyü deyilir

Bundan əvvəl Rusiya İstintaq Komitəsinin məlumatında deyilirdi ki, hücum zamanı azı 45 nəfər güllə yarasından deyil, yanğının yüksək temperaturundan və toksik qazlarından boğularaq ölüb.

Crocus City Hall-un sahibləri bunu da bildiriblər ki, onlar obyekti bərpa etmək istərdilər, amma bu barədə yekun qərar hələki qəbul edilməyib.

Martın 22-də bir qrup silahlı şəxs Moskva ətrafındakı konsert zalına hücum etmişdi.

Həmin gün burada “Piknik” qrupunun konserti olmalıydı.

Zala soxulanlar tamaşaçılara atəş açmağa başlayıblar və daha sonra zala od vurublar. Bunların nəticəsində zalın damı uçub.

Son məlumata görə hücum nəticəsində həlak olanların sayı 144-ə çatıb.

Bu terror aktı işi üzrə 10 nəfər həbs olunub. Şübhəlilərin əksəriyyəti Tacikistan vətəndaşlarıdır.

Bu da qeyd olunur ki, şübhəlilərə böyük bir ehtimalla həbs zamanı işgəncələr verilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG