Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:20

Rusiyada üçtərəfli Qarabağ sammiti?


2012-ci ildə Rusiya lideri Dmitri Medvedevin görüşdürdüyü İlham Əliyev və Serj Sarkisian
2012-ci ildə Rusiya lideri Dmitri Medvedevin görüşdürdüyü İlham Əliyev və Serj Sarkisian

►"Bakı buna reaksiya verməyib"

Rusiyanın Sankt-Peterburq şəhərində Dağlıq Qarabağda vəziyyətin nizamlanması üzrə üçtərəfli sammitin keçiriləcəyi gözlənilir.

Turan-ın xəbərinə görə, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Agentlik xəbər verir ki, Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin Fransanın bu ölkədəki səfiri Jan- Moris Riper və ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Pyer Andrie ilə sammitə hazırlıq məsələsini müzakirə edib.

Görüşün vaxtı və gündəliyi açıqlanmır. Ötən gün Ermənistan prezidenti Serj Sarkisyan bildirib ki, belə görüş hazırlanır, lakin rəsmi Bakı buna reaksiya verməyib.

Mayın 16-da ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri görüşüblər. Görüşdən sonra həmsədrlərin yaydığı bəyanatda qeyd edilib ki, tərəflər münaqişənin sülh yolu ilə həllinə bir daha sədaqətlərini bayan ediblər. Görüşdə həmçinin, iyunda yenidən bir araya gəlmək haqda tərəflərin razılığa gəldiyi açıqlanmışdı. Lakin, Vyana görüşündən sonrakı müddətdə tərəflər sərt bəyanatlarla çıxış edərək bir-birinə qarşı ittihamlar irəli sürüblər.

XS
SM
MD
LG