Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 19:36

Argentina dünya çempionu oldu


Argentina çempion, 18 dekabr 2022
Argentina çempion, 18 dekabr 2022

Qalib penaltilərlə müəyyən edilib və Argentina 3-cü dəfə dünya çempionu adını qazanıb

Dekabrın 18-də Qətərdə keçirilən futbol üzrə XXII dünya çempionatında qalib bəlli olub.

Bu Argentina yığma komandasıdır. Finalda ikiqat dünya çempionları-– Argentina və Fransa üz-üzə gəlib.

Oyunun birinci hissəsi Cənubi Amerika təmsilçisinin 2:0 hesabı ilə başa çatıb.

Messi (penalti) və Di Mariyanın qolları ilə onlar paltardəyişmə otağına qalib yollanıb. Gərgin keçən ikinci hissədə fransızlar təslim olmaq fikrində olmadıqlarını nümayiş etdirib.

Onlardan oyunu Mbappe üzərinə götürüb.

İki gündən sonra 24 yaşını qeyd edəcək hücumçu 80 (penalti) və 82-ci dəqqiələrdə vurduğu qollarla komandasını əsas vaxtda məğlubiyyətdən xilas edib. Bundan sonra matçda əlavə vaxt oynanılıb.

Messi 109-cu dəqiqədə özünün 2-ci, komandasının 3-cü qoluna imza ataraq Argentina yaığmasını yenidən ümidləndirib. Amma Fransa yığmasının hücumçusu Mbapp 118-cı dəqiqədə (penalti) het-triki ilə hesabı bərabərləşdirib.

Əlavə vaxtda da qalib bəlli olmayıb, qarşılaşma 3:3 hesabı ilə başa çatıb.

Qalib penaltilərlə müəyyən edilib və penaltilər seriyasında daha dəqiq oynayan Argentina 3-cü dəfə dünya çempionu adını qazanıb.

XXII dünya çempionatında final mərhələsinin ilk oyunu noyabrın 20-də başlayıb. Seçmə mərhələdən gələn 32 komanda əvvəlcə qruplarda, daha sonra tək oyunlar sistemi ilə mübarizələrini davam etdiriblər.

Futbol üzrə dünya çempionatlarının final mərhələləri dörd ildən bir keçirilir.

Bu vaxta qədər keçirilən futbol üzrə dünya çempionatlarında Braziliya 5, İtliya ilə Almaniya 4, Fransa, Argentina, habelə Uruqvay 2, İspaniya və İngiltərə isə 1 dəfə qalib olublar. Bu çempionatda hamıdan çox qolu isə Farnsa yığmasının hücumçusu Mbappe vurub.O çempionat boyu düz 8 dəfə fərqlənib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG