Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:31

Pilot «Formula-1» trekində 4 dövrə vurdu


Bakıda Formula-1 yarışması (arxiv fotosu)
Bakıda Formula-1 yarışması (arxiv fotosu)

«Formula-1» Avropa Qran-prisinin rəsmi elçisi Gülhüseyn Abdullayev Bakı Şəhər Halqasını sınaqdan keçirib.

AZƏRTAC xəbər verir ki, mayın 29-da 19 yaşlı «Formula-3» pilotu Gülhüseyn Abdullayev GP3 seriyasına aid yarış avtomobilində Bakı Şəhər Halqasında yüksək sürətlə 4 dövrə vurub. Sınaq yürüşünə «Azadlıq» meydanında start verilib və yürüş eyni yerdə başa çatıb.

G. Abdullayev jurnalistlərə bildirib ki, Bakı Şəhər Halqası yavaş və sürətli döngələrin kombinasiyasından ibarətdir, digər şəhər traslarından genişliyi ilə fərqlənir.

«Bolidlərin bütün döngələrdən rahat və qəzasız çıxması üçün yetərincə genişlik var. Ancaq yarış zamanı qarşıda bolidlər olacaq və həmin hissəni keçmək çətin olacaq. Təkcə döngələrə görə deyil, ümumiyyətlə tras digər şəhər treklərindən geri qalmır. Hətta onlardan daha da yaxşıdır», - G. Abdullayev vurğulayıb.

O, «Euro Formula»nın Avropada ən nüfuzlu «Formula-3» yarışı olduğunu qeyd edərək bu turnirdə İspaniyanın «Kampos» komandasının heyətində çıxış etdiyini bildirib. Onun sözlərinə görə, 7 mərhələlik yarışın artıq ikisi başa çatıb. Növbəti yarış gələn həftə Fransada təşkil olunacaq.

XS
SM
MD
LG