Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:05

Pivəçilər dilə gəldi: 'Vəziyyət ağırdı'


Almaniya
Almaniya

►"Hökumət böhranı danmaqdansa, ciddi təhlil və qiymətləndirmə əsasında vəziyyətdən çıxış yollarını işləməlidir"

“Baltika-Bakı” şirkəti avqustun 15-dən istehsalı müvəqqəti dayandıracağını açıqlayıb.

Şirkət öz qərarını makroiqtisadi durumla və manatın yaşadığı iki devalvasiya ilə əlaqələndirib

Şirkətlərdəki vəziyyət hökumətin “böhran yoxdur” fikrini təsdiqləmir.

Məsələn, “Baltika-Bakı” şirkəti bu gün – iyunun 29-da açıqlayıb ki, avqustun 15-dən istehsalı müvəqqəti dayandıracaq.

Açıqlamaya görə, Azərbaycanın pivə bazarında ağır vəziyyət yaranıb. Bazarın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz azalıb və bu ilin ilk rübündə azalma daha da artaraq 2015-ci ilin eyni dövrünə nisbətdə 35 faizə çatıb. Bu tendensiyanın hələ sürəcəyi bildirilir.

Açıqlamada diqqət çəkən məqamlardan biri – şirkətin mövcud durumu iqtisadi durumla əlaqələndirməsidir: “Qərar, ilk növbədə, ölkədə yaranmış makroiqtisadi vəziyyətlə və milli valyutanın üzləşdiyi iki devalvasiya ilə bağlıdır”.

“Baltika-Bakı”nın açıqlamasına görə, bu, əhalinin alıcılıq qabiliyyətinə kritik şəkildə təsir göstərib. Durğunluq yaşayan başqa şirkətlər də var. Bir çox şirkətlər ixtisarlara əl atıb, ya da, əslində, fəaliyyətini dayandırıb.

Sözügedən şirkətin açıqlaması bir gerçəyi də üzə çıxarır: Devalvasiya nəinki öz məqsədlərinə çatmayıb, əksinə zərər vurmaqdadır.

“Hökumət böhranı danmaqdansa…”

Azər Mehtiyev
Azər Mehtiyev

İqtisadçı ekspert Azər Mehtiyev ölkədə yaşanan iqtisadi böhranı danmağın yeri olmadığını düşünür:

“Hökumət böhranı danmaqdansa, ciddi təhlil və qiymətləndirmə əsasında vəziyyətdən çıxış yollarını işləməlidir. Aydın görünür ki, hökumət ölkəyə valyuta daxilolmalarının azalması və büdcəyə vəsait toplanması sahələrində ciddi problemlərlə üzləşib. Hökumətin hər iki istiqamətdə atdığı addımlar daha çox ümumi sabitliyi saxlamağa yönəlib. Məsələn, iqtisadi fəallığı aşağı salmaqla xarici valyutaya tələbatı və ölkədən valyuta çıxışını məhdudlaşdıran hökumət anlamalıdır ki, iqtisadi fəallıq və dövriyyənin azalması birbaşa vergi daxilolmalarının azalması ilə nəticələnir”.

“Hökumət "institutsional tələ"yə düşüb”

Ekspertin fikrincə, vergi intizamının gücləndirilməsi adı altında vergi daxilolmalarını artırmağı hədəfləyən addımlar biznesi daha da sıxışdırır:

“Ölkədəki biznes qurumları indiyədək tam fərqli mühit və şərtlərlə işləyiblər. Nağd və gizli dövriyyə yüksək olub. Bütün sistemlər onun üzərində qurulub. Bu sistemlərin birdən-birə dağılması, özəlliklə dövlət sifarişlərinin kəskin azaldığı şəraitdə biznesin gəlir götürmək imkanlarını məhdudlaşdırır. Hökumət neft gəlirləri dövründə formalaşan institutların yararsızlığı, yeni yaradılan institutlarınsa şəraitə uyğun olmaması ucbatından "institutsional tələ"yə düşüb."

“Nəyin bahasına olursa-olsun...”

A.Mehtiyevin qənaətincə, sahibkarlıq lisenziyalarının azaldılması, investisiya təşviqləri kimi mexanizmlərlə bu problem çözülməz:

“Hökumət biznesin inkişafı ilə bağlı uzunmüddətli strategiya işləməli, məmur sahibkarlığının aradan qaldırılması və rəqabətin inkişafı üçün ciddi addımlar atmalıdır. İndiki proseslər, xüsusən nəyin bahasına olursa-olsun, büdcəyə daha çox vergi cəlb etmək cəhdləri ölkədə biznesi tam çökdürə bilər”.

____________________________________________________________

Bunlara da bax:
Valyuta ehtiyatları 12 milyard azalıb
Türkiyənin turizm sektoruna 15 milyardlıq zərbə

____________________________________________________________

Ekspert Rəşad Həsənova görə, şirkət (“Baltika-Bakı”) yetərincə sağlam arqumentlərə söykənib:

“Bunların baş verəcəyi əvvəlcədən proqnozlaşdırılan idi. 2015-ci il devalvasiyaları əksər biznes iştirakçılarının mövcudluğunu dilemma qarşısında qoyub. İqtisadi ovqat, faktik olaraq, neqativdir”.

“Dünyanın heç bir iqtisadiyatında 50-55 faizlik devalvasiya...”

Ekspert bir çox biznes subyektinin öz fəaliyyətini zərərlə davam etdirdiyini də deyir:

“Bəziləri həddindən artıq borc yükü altında, sadəcə, mövcud olduğunu göstərmək məcburiyyətində qalıb, bəziləri isə, əslində, iflasın astanasındadır. Bir məsələni mütləq qeyd etmək lazımdır ki, dünyanın heç bir iqtisadiyyatında 50-55 faizlik devalvasiya böyüməni sürətləndirməz. Bununla yanaşı, Azərbaycanda yumşaq məzənnə siyasətindən yararlanacaq istehsal mühiti yox səviyyəsindədir. Mövcud istehsalsa xammal baxımından idxaldan asılı vəziyyətdədir. Bu da səmərəli istehsal imkanlarının yaranmasında ciddi problemlərdən biridir”.

İflaslar domino effekti ilə yayılacaq?

R. Həsənovun fikrincə, ölkə iqtisadiyatının və hökumətinin devalvasiyaların fəsadları ilə üzləşməsi qaçılmaz idi:

“Ən qısa zamanda islahatların real icrası mərhələsi başlanmazsa, real sektor uzunmüddətli çöküş mərhələsinə daxil olacaq, iflaslar və fəaliyyəti müvəqqəti dayandırma halları domino effekti ilə yayılacaq. İnvestisiya imkanlarının günbəgün azalması böyüməni əngəlləyən amillərdən ən əsasıdır”.

Buna da bax: Məhkəmə AzadlıqRadiosunun iddiasını mümkünsüz saydı

Məhkəmə AzadlıqRadiosunun iddiasını mümkünsüz saydı
Gözlə

No media source currently available

0:00 0:00:46 0:00

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 29 iyun

İqtisadçıların gözündən yayınmayan "unikal" Azərbaycan reallığı
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında

İsraillə sazişdən sonra terror təsadüfdir?

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG