Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 18:16

Brüsseldə “özünü partlatmayan” şübhəli ələ keçdi


Videodan çıxarılmış fotoda Feycal C əyininə açıq rəngli gödəkcə geyinib və başında tünd rəngli şlyapa var
Videodan çıxarılmış fotoda Feycal C əyininə açıq rəngli gödəkcə geyinib və başında tünd rəngli şlyapa var

Onun hava limanında üç şübhəlinin video görüntüsündəki üçüncü şəxs olduğu güman edilir

Avropa qəzetləri yazırlar ki, Belçikada hava limanında partlayışlarla bağlı üçüncü şəxsə qarşı ittiham irəli sürülüb.

O çümə axşamı və cümə günü Avropa boyunca həbs edilmiş 12 şübhəlidən biridir.

Onun hava limanında üç şübhəlinin video görüntüsündəki üçüncü şəxs olduğu güman edilir.

Videodan çıxarılmış fotoda bu şəxs əyininə açıq rəngli gödəkcə geyinib və başında tünd rəngli şlyapa var.

Jurnalistlik edib

Hüquq-mühafizə orqanları onu şərti olaraq Faycal C adlandırsa da, “Le Soir” qəzeti tam adın Faycal Cheffou olduğunu xəbər verib.

Faycal C bir vaxtlar jurnalistlik də edib
Faycal C bir vaxtlar jurnalistlik də edib

Qəzet yazır ki, Faycal C-nin həbsində onları hava limanına aparmış taksi sürücüsünün ifadələri əsas rolu oynayıb.

Cümə axşamı daha bir şübhəlinin Fransada həbs olunduğu xəbər verilib. Brüsselin bir neçə rayonunda kütləvi reydlər keçirilib.

Prokurorluq bildirir ki, Faycal C-nin evində axtarış aparılsa da, silah və partladıcı tapılmayıb.

Belçika mətbuatı şübhəlinin şəxsiyyəti barədə bəzi təfərrüatları da verib. Onun 2005-ci ildə Contact-İnter adlı radiostansiyasında journalist kimi fəaliyyət göstərdiyi qeyd olunur.

Belçikanın şimali Afrika icması üçün yayınlanan bu radioda Cheffou hökumətin müsəlmanlara qarşı ayrıseçkili münasibətindən gileylənərmiş.

Avropa boyunca həbslər

Prokurorluq habelə daha iki şübhəliyə qarşı ittiham irəli sürüldüyünü, lakin onların Brüssel hücumları ilə bağlı olmadıqlarını bildirib.

Bu iki nəfər Fransada keçirilmiş reydlə bağlı olaraq həbs ediliblər və onların Aboubakar A. və Rabah N. olduqları xəbər verilir.

Polis bu iki nəfərin hazırladıqları hücumun qarşısının alındığını xəbər verib.

Ötən cümə axşamından bəri Belçikada 9, Almaniyada iki şübhəli həbs edilib.

Prokurorluq bildirir ki, hava limanında və metroda törədilmiş bomba partlayışlarını hazırlayanlar bu iş üçün təmirdə olan binadan istifadə ediblər.

Məhz buna görə də onların əldaqayırma bombalar üçün gətirdikləri kimyəvi komponetlərin iyini heç kəs hiss etməyib və qonşuluqda heç kəs yaşamadığından onların şübhəli fəaliyyətini görən olmayıb.

Belçika hökuməti bildirib ki, hücuma məruz qalan hava limanı gələn cümə axşamınadək bağlı qalacaq.

Polis və təhlükəsizlik xidmətləri hava limanındakı araşdırmanı başa çatdırıblar, bundan sonra orada aeroport mühəndisləri çalışacaqlar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG