Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 20:40

Mayın 8 və 9-da Berlində Rusiya rəmzləri qadağan olunur


Rusiyanın hərbi rəmzləri
Rusiyanın hərbi rəmzləri

Mayın 8-də və 9-da Berlində Rusiya bayraqlarının, Georgi lentlərinin və Rusiyanın Ukraynaya qarşı müharibəsini təcəssüm etdirən rəmzlərin nümayişi, habelə sovet abidələrinin yaxınlığında hərbi mahnıların oxunması qadağan edilib.

Xəbər verilir ki, qadağan Treptov, Tirqarten və Şenholtser-Hayde parklarındakı xatirə abidələrinin ərazisində və ya onların yaxınlığında qüvvədə olacaq.

Bu da qeyd olunur ki, qadağan II Dünya Müharibəsi veteranlarına, diplomatlara və xarici ölkələrin başqa nümayəndələrinə şamil olunmur.

Rusiya səfirliyi etiraz edir

Rusiya səfirliyi Berlin hakimiyyət orqanlarının hərəkətini qeyri-məqbul adlandırıb və qadağanın ləğvini tələb edib:

"Biz bunu Rusiya və Almaniya xalqları arasında barışığın ruhuna zidd olan diskriminasiya hesab edirik”.

2022-ci ilin fevralında Rusiyanın Ukraynaya səbəbsiz və əsassız hücumundan sonra təkcə Ukrayna deyil, Avropa ölkələri də Rusiya təcavüzünün dəstəklənməsini cinayət əməli elan edib.

Almaniyada Z hərfli plakat və nişanları açıq nümayiş etdirənlər və ya Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsinə haqq qazandıranlar məsuliyyətə, o cümlədən cinayət məsuliyyətinə cəlb oluna bilərlər.

Başqa ölkələrdə

Latviyada Rusiya hərbi rəmzlərinin açıq nümayişinə görə cərimələr tətbiq olunur.

Məsələn Z və V hərflərini nümayiş etdirən fiziki şəxs 350 avro, hüquqi şəxs isə 2900 avro cərimə oluna bilər.

Latviyada bu barədə xüsusi cinayət maddəsi var: “hərbi cinayətlərin və dünyaya qarşı hərbi cinayətlərin tərənnüm edilməsi və onlara haqq qazandırılması”.

Bu maddədə Rusiyanın Ukraynaya qarşı təcavüzü məhz belə təfsir olunur.

Litva Cinayət Məcəlləsinin 170-ci maddəsinə görə Rusiyanın Ukraynaya qarşı təcavüzünə haqq qazandırılması “beynəlxalq cinayətlərin təqdir olunması” kimi yozulur.

Bu maddə əvvəllər yalnız SSRİ və nasist Almaniyası tərəfindən Litva Respublikası vətəndaşlarına qarşı cinayətlərin təqdir olunması, onlara haqq qazandırılması və ya onların inkarına görə cəza nəzərdə tuturdu.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG