Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 05:37

Fələstin BMT-nin tamhüquqlu üzvü olmaq istəyir. Bu mümkündürmü? - Qərb mediası


İllüstrativ foto
İllüstrativ foto

Birləşmiş Ştatlar Təhlükəsizlik Şurasının (TŞ) aprelin 18-də Fələstinin tamhüquqlu BMT üzvü olmaq üçün müraciətini bloklayacaq.

ABŞ rəsmilərinə istinad edən Reuters agentliyi yazır ki, bu, BMT-nin Fələstin dövlətini qəti şəkildə tanımasının qarşısını alacaq.

Həmin rəsmi agentliyə deyib:

"Bu, ABŞ-ın rəsmi mövqeyidir ki, Fələstin xalqı üçün dövlətçiliyə doğru ən düzgün yol İsrail və Fələstin hakimiyyəti arasında ABŞ və başqa partnyorların dəstəyi ilə keçirilən birbaşa danışıqlardan keçir”.

15 üzvdən ibarət TŞ bu barədə qətnaməyə aprelin 18-də baxmalı idi.

Reuters yazır ki, Şuranın qətnamələrinin qəbul edilməsi üçün azı doqquz üzvün leyhinə səsinin olması və daimi üzvlər – ABŞ, Britaniya, Fransa, Rusiya və Çin tərəfindən veto qoyulmaması lazımdır.

Diplomatlar deyirlər ki, TŞ-nin 13 üzvü tərəfindən qəbul ediləcəyi gözlənilən bu qətnamə ABŞ-ı özünün veto hüququndan istifadəyə vadar edəcək.

ABŞ rəsmisi daha sonra deyib:

"Biz çoxdan bəridir deyirik ki, Nyu-Yorkda (BMT-də-red) atılan tələsik addımlar, niyyətləri nə qədər yaxşı olsa da, Fələstin xalqına dövlətçilik gətirməyəcək”.

Fələstinin hazırkı BMT statusu

Fələstin hazırda BMT-də müşahidəçi dövlət statusuna malikdir. Ona de facto dövlət statusu 2012-ci ildə BMT Baş Assambleyası tərəfindən verilib. Amma BMT-nin tamhüquqlu üzvü olmaq üçün qətnamənin Təhlükəsizlik Şurasından keçməsi və daha sonra Baş Assambleya üzvlərinin üçdə ikisinin səsini qazanması lazımdır.

Reuters xatırladır ki, Fələstinin tam BMT üzvlüyü üçün müraciəti Qəzza zolağında İsrail və HƏMAS arasında münaqişənin 6 aydır davam etdiyi bir vaxta təsadüf edir. Həmas ABŞ-da və Avropa İttifaqında terrorçu təşkilat kimi tanınır.

BMT-nin baş katibi Antonio Quterriş deyib ki, elə məhz son eskalasiyalara görə İsrail və tam suveren, dayanıqlı və müstəqil Fələstin dövləti arasında xoş məramlı və davamlı sülh daha mühümdür.

Baş katibin sözlərinə görə “iki dövlət prinsipinin” inkişaf etdirilməməsi region boyunca qeyri-sabitliyi artıracaq və milyonlarla insanın həyatını risk altında qoyacaq.

İsrailin mövqeyi

Lakin İsrailin BMT-dəki səfiri Gilad Erdan deyib ki, fələstinlilər BMT-nin tamhüquqlu üzvü olmaq üçün kriteriyaları – daimi əhali, müəyyən edilmiş ərazi, hökumət və başqa ölkələrlə münasibətlərə daxil olmaq kimi kriteriyaları yerinə yetirməyiblər:

"Şura səsə qoyub kimi “tanımalı” və kimə tam üzvlük hüququ verməlidir? Qəzzadakı Həmasa? Nablusdakı Fələstin İslami Cihad Təşkilatına? Kimə?”

Səfir deyib ki, belə bir şəraitdə fələstinlilərə tam üzvlük hüququ verilsə də onun effekti “sıfır” olacaq və hər hansı gələcək dialoqun perspektivlərinə ziyan vuracaq.

BMT TŞ iki dövlətin dinc yanaşı yaşamasını nəzərdə tutan “iki dövlət prinsipini” nəzəri baxımdan çoxdan qəbul edib.

Fələstinlilər öz dövlətlərinin ərazisinə İordan çayının qərb sahilinin, Şərqi Yerusəlimin və Qəzza zolağının daxil olmasını istəyirlər. Bu ərazilərin hamısı 1967-ci ildə İsrail tərəfindən işğal olunub.

Fələstinlilərin iç problemi

Qərb sahilində prezident Mahmud Abbasın rəhbərlik etdiyi muxtariyyət çox məhdud özünüidarə imkanlarına malikdir. Vəziyyət Həmas 2007-ci ildə Fələstin administrasiyasını Qəzzadan qovandan sonra daha da mürəkkəbləşib.

Bununla belə Abbasın xüsusi nümayəndəsi Ziyad Əbu Əmr Fələstinin tam üzvlüyü barəsində ABŞ-a sual ünvanlayıb:

“Bu qətnamə fəlsətinlilər və israillilər arasında sülhün perspektivlərinə necə ziyan vura bilər? Bu tanınma və bu üzvlük beynəlxalq sülh və təhlükəsizliyə necə xələl gətirə bilər?"

Səfir əlavə edib ki, Fələstinin tam BMT üzvlüyü “iki dövlət prinsipinin” icrası üçün ciddi siyasi danışıqlara alternativ deyil:

"Amma bu qətnamə Fələstin xalqına müstəqil bir dövlətin hüdudları arasında gələcək ləyaqətli həyat üçün ümid verə bilərdi”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG