Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:21

Ekspert: “Gömrük rüsumlarında dəyişiklik monopoliya yarada bilər”


Astara gömrüyü
Astara gömrüyü

►Mütəxəssislərin fikrincə, söhbət Azərbaycanda üçpilləli gömrük rüsumlarının tətbiqindən gedir

Bu gün - martın 14-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bəzi gömrük rüsumlarının dəyişəcəyini bildirib. Komitə sədri idxal məhsulları Azərbaycanda da istehsal edilirsə, rüsumun artırılmasını, əks halda isə azaldılmasını istədiyini dilə gətirib.

“Komitənin DTT-yə təklifləri unuduldu”

İqtisadçı ekspert Qalib Toğrul DGK sədrinin çoxpilləli gömrük rüsumlarından bəhs etdiyini deyir:

“2001-ci ildən bugünədək Azərbaycanda 0-15 aralığında 7 gömrük rüsumu tətbiq olunur, yəni 0%; 0,5%; 1%; 3%; 5%; 10%; və 15%. Hələ 2008-ci ilin sonunda Dünya Ticarət Təşkilatına (DTT) üzvlüklə bağlı danışıqlar çərçivəsində DGK DTT-nin katibliyinə mövcud çoxpilləli sistemdən üçpilləli sistemə keçidə dair təklif göndərmişdi. Üçpilləli sistemin 0%; 5% və 15% səviyyyələrində tətbiqindən söhbət gedirdi. Lakin o vaxt danışıqlarda ləngimə oldu və bu təklif unuduldu. Bir daha 2012-ci ildə bu məsələ qaldırılsa da, həllini tapmadı”.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“Azərbaycan DTT üzvü olmadığı üçün...”

Qalib Toğrul
Qalib Toğrul

Ekspertin sözlərinə görə, üçpilləli sistemdə yerli istehsal üçün nəzərdə tutulan xammal və avadanlıq idxal zamanı 0%-lə rüsuma cəlb olunur:

“Ovaxtkı hesablamalar bu məhsulların idxalının Azərbaycanda 10-15% olduğunu göstərirdi. Sözügedən sistemin tətbiqində digər məqsəd - yerli istehsalı idxal mallarının təzyiqindən qorumaqdır. Yerli istehsal məhsulu və ya onun oxşarı idxal olunacaqsa, bu zaman ən yüksək gömrük rüsumu (15%) tətbiq ediləcək. Azərbaycan DTT-nin üzvü olmadığından, hələ ki, belə məhdudiyyət mümkündür. DTT üzvü olandan sonra xarici ticarətin məhdudlaşdırılmasına yönəldilən bütün tədbirlər əsaslandırılmalıdır”.

Q.Toğrulun fikrincə, gömrük rüsumları dəyişsə, ölkənin yerli istehsal sahələrində monopoliya yarana bilər:

“Bununla bağlı diqqətli olmaq lazımdır”.

Buna da bax: "FORMULA 1" - "İLHAMLA İRƏLİ" (Karikatura)

XS
SM
MD
LG