Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 11:35

İran Kann Kino Festivalında göstəriləcək filmin çəkiliş qrupunun ölkədən çıxışını yasaqlayıb


Məhəmməd Rəsulov
Məhəmməd Rəsulov

Son illər iranlı rejissor və aktyorların festivallara getməsi getdikcə daha da çətinləşir.

"The Times of İsrael" qəzeti yazır ki, İran rəsmiləri "Müqəddəs əncirin toxumu" filminin çəkiliş qrupunun üzv və aktyorlarını sorğu-sual üçün saxlayıb. Onların vəkili bunun filmin bu ay keçiriləcək Kann Film Festivalında nümayiş ediləcəyi ilə bağlı olduğunu deyir.

Tanınmış kinorejissor Məhəmməd Rəsulovun "Müqəddəs əncir toxumu" filmi üzərində çalışanlara basqı var. Onlardan filmin festivaldan geri çağrılması tələb edilir. Aktyorlarınsa ölkədən çıxışına qadağa qoyulub. Bu bilgiləri vəkil Babək Pakniya X-də paylaşıb.

Filmin mövzusu və aktyor heyətinin tərkibi açıqlanmayıb
2020-ci ildə ölüm hökmünə qarşı "Şər yoxdur" filmi ilə Berlin Film Festivalının əsas mükafatı olan "Altun ayı"ya layiq görülən Rəsulovun özü 2022-ci ilin iyulunda həbs edilmişdi. O, ötən ilin sonlarında, hökumət əleyhinə etirazlar səngiyəndən sonra azadlığa buraxılmışdı.

"Bir neçə saatlıq sorğu-sualdan sonra onlara deyilib ki, rejissordan filmi Kann festivalından geri çəkməsini istəsinlər", - Pakniya X-də yazıb.

O əlavə edib ki, Rəsulovun festivala qatılmaq üçün İranı tərk etməsinə icazə verilib-verilməyəcəyi bilinmir.

Kino sahəsində ixtisaslaşan media yazır ki, filmin mövzusu və aktyor heyətinin tərkibi açıqlanmayıb. Çəkiliş qrupunun neçə üzvünün saxlanıb sorğu-suala çəkilməsi də məlum deyil.

Tanınmış rejissor Səid Rustayi müəllifi olduğu "Leylanın qardaşları" filminin 2022-ci ildə keçirilən festivalda nümayişinə görə altı ay həbs cəzası almışdı. İran rəsmiləri filmin icazəsiz göstərildiyini iddia etmişdilər.

Filmin ulduzu Təranə Əlidusti 2022-ci ilin sentyabrında Məhsa Əmininin ölümündən sonra baş qaldıran etiraz hərəkatını dəstəklədiyindən üç həftə həbsdə qalandan sonra, ötən ilin əvvəlində azad edilmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG