Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 10:33

Kim Kardashian “siyasət meydanına” çıxır?


2015-ci ilin aprelində Kim Kardashian bacısı Khloe Kardashianla erməni qətliamının 100 illiyində iştirak etmək üçün Yerevana səfər edib
2015-ci ilin aprelində Kim Kardashian bacısı Khloe Kardashianla erməni qətliamının 100 illiyində iştirak etmək üçün Yerevana səfər edib

Teleulduz “antierməni reklamı dərc etdiyinə görə” ABŞ-ın nüfuzlu The Wall Street Journal qəzetini kəskin tənqid atəşinə tutub

Virtual dünyanı adətən açıq-saçıq fotoları ilə lərzəyə gətirən Amerika teleşou ulduzu Kim Kardashian artıq bir ayda ikinci dəfədir ki, özünün siyasi çıxışları ilə gündəmə gəlir.

Aprel ayının əvvəllərində Qarabağda hərbi toqquşmaların kulminasiya nöqtəsinə çatdığı bir vaxtda, Kardashian özünün İnstagram səhifəsində yerləşdirdiyi fotomontajla diqqəti cəlb etmişdi.

Həmin postda teleulduz bütün dünya insanlarına sülh üçün dua etdiyini yazsa da, şəklin özündə Ermənistan silahlı qüvvələrinin bayraqlı tankı əks olunmuşdu.

Post bir neçə saatın ərzində yarım milyon “like” qazanmış və ona 100 mindən artıq şərh yazılmışdı.

Bunun ardınca bir sıra Qərb qəzetləri Kardashian-ı şərh üçün axtarmış, amma tapa bilməmişdilər.

Həmin vaxt Britaniyanın “The Mirror” qəzeti yazırdı ki, xanım Kardashian ailəsi ilə birlikdə “xizək tətilində” olduğundan şərh verə bilməyib.

Hərə öz bacardığı işlə

Əvəzində ABŞ mediası, özəlliklə Foreign Policy saytı münasibət bildirməsi üçün Azərbaycanın ABŞ-dakı səfirinə müraciət etmişdi. Azərbaycanın Vaşinqtondakı baş diplomatı qəzetlərə bildirmişdi ki, “hər kəs öz bacardığı işlə məşğul olsa, daha yaxşı olar”.

“Məsələn, şəxsən məndən çox pis bir teleulduz çıxardı. Ona görə də mən çalışıram ki, o sahələrə girişməyim. Mən xanım Kardashian-ın hərbi və ya siyasi təhlilçi olduğuna əmin deyiləm, amma bilirəm ki, biz yaxşı bacardığımız işlə məşğul olmalıyıq” – demişdi Elin Süleymanov.

Kardashianın "Qarabağ postu" yarım milyondan çox "like" qazanmışdı
Kardashianın "Qarabağ postu" yarım milyondan çox "like" qazanmışdı

Səfir əlavə etmişdi ki,“Kardashian çox məşhurdur və öz pərəstişkarları tərəfindən sevilir, amma hərb və sülh məsələsi realiti teleşou ulduzu üçün bir az çox ciddi məsələdir”.

Amma bu “diplomatik məsləhətin” ardınca Kim Kardashian medianın siyasi müzakirələr meydanına çıxıb.

O “antierməni reklamı dərc etdiyinə görə” nüfuzlu The Wall Street Journal qəzetini kəskin tənqid atəşinə tutub və bu zaman sosial medianın həcmcə daha iri janrından – bloqdan istifadə edib.

Media xəbərlərində deyilir ki, “The Wall Street Journal” Fact Check Armenia internet resursunun reklamını dərc edib, bu qrup isə “erməni soyqırımını” inkar edir.

“Zibil” məsələsi

Öz saytında dərc etdiyi bloqpostda məşhur realiti ulduzu yazır ki, “onun üçün və eləcə də ailəsi üçün onların özləri barədə yayılan yalan və absurd qiybətlər yenilik deyil və o, bütün bunları “zibil” hesab edir”.

...mən bu gün The Wall Street Journal qəzetinin bütöv bir səhifəsində ermənilərin soyqırımını inkar edən reklamı gördüm və bunun üstündən laqeyd şəkildə keçə bilmədim

“Lakin mən bu gün The Wall Street Journal qəzetinin bütöv bir səhifəsində ermənilərin soyqırımını inkar edən reklamı gördüm və bunun üstündən laqeyd şəkildə keçə bilmədim” – yazır Kim Kardashian.

Kardashian iddia edib ki, qəzetdə bu reklamın dərc olunması üçün pulu Türkiyə qrupu ödəyib, lakin qrup üçün “əlavə reklam olmasın deyə” onun adını çəkməyib.

Kardashian Amerika qəzetinin bu hərəkətini “təhlükəli, məyusedici və absurd” adlandırıb.

“Biri var bu üsulla ucuz bir bulvar qəzeti qazanc götürsün, biri də var soyqırımdan bu cür utancverici və yaraşmayan tərzdə mötəbər nəşr mənfəət götürsün” – yazıb Kardashian.

Kardashian-ın əcdadları qətliamı görməyiblər

"The İndependent" yazır ki, Kardashianlar ailəsi "Ermənistanı" 1913-cü ildə tərk edib
"The İndependent" yazır ki, Kardashianlar ailəsi "Ermənistanı" 1913-cü ildə tərk edib

Teleulduz qəzetin ona verdiyi cavabı da təqdim edib: “Biz ən müxtəlif, o cümlədən təxribat xarakterli reklamları da dərc edirik və reklamların məzmununa görə məsuliyyət daşımırıq”.

“Əgər reklam Holokostu və ya 11 sentyabr terror aktlarını dansa idi, belə reklamı da dərc edərdilərmi?” – deyə sual edir Kardashian.

Onun fikrincə, “soyqırım inkarının onu törətmiş ölkə tərəfidndən verilmiş reklamının dərc olunması təxribat yox, təhqirdir”.

Azatutyun yazır ki, Kardashian öz müsahibələrində “erməni soyqırımı” məsələsinə geniş diqqət ayırır və “əcdadlarının başına gələn iztirablardan” söhbət açır.

Lakin Britaniyanın “The İndependent” qəzeti Kardashian-ın sözü gedən bloqu barədə yazısında qeyd edir ki, “erməni irsiyyətinə malik Kardashian West 2015-ci ilin aprelində, qətliamların 100-cü ildönümündə Ermənistana səfər edərək xatirə kompleksinin üzərinə əklil qoyub”.

Bununla yanaşı, “The İndependent” əlavə edir ki, Kardashianlar ailəsi “Ermənistanı” 1913-cü ildə, yəni sözü gedən qətliamlardan iki il əvvəl tərk edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG