Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:07

Erdogan Türkiyəsində namaz qılmayanlara heyvan deyirlər...


Recep Tayyip Erdogan (sağdan ikinci)
Recep Tayyip Erdogan (sağdan ikinci)

►Namaz qılmayanları təhqir edən ilahiyyat professoruna gəlincə, İstanbulun Beykoz məhəlləsində yaşayan bir vətəndaş onu məhkəməyə verib.

"Mən həyatım boyu heç vaxt namaz qılmamışam"

Ramazan axşamlarında dövlət kanalı olan TRT1-in efirində gedən "Ramazan sevinci" proqramının qonağı Ankara Universitetinin ilahiyyat professoru Mustafa Askar müəllim yoldaşları ilə birlikdə Avstraliyada bir heyvanxananı gəzdiyi zaman düşündüklərini bölüşür.

Alim deyir ki, heyvanxanadakı heyvanları müşahidə edərkən biz anlayırıq ki, "insanlar namaz qılan yeganə varlıqlardır. Aydındır ki, heç bir heyvan namaz qılmıq. İcazə verin açıq deyim, müqəddəs kitabda da belə deyilir: heç kim inciməsin, təkcə heyvanlar namaz qılmaz. Bu isə o deməkdir ki, namaz qılmayanlar heyvandırlar."

Türkiyə üzrə mütəxəssis, RFE/RL-in regional proqram direktoru Abbas Djavadi özünün "Türkiyə dəftəri" bloqunda yazır ki, belə bir şey 14 il əvvəl, Türkiyədə Ədalət və İnkişaf Partiyası və onun lideri Recep Tayyip Erdoganın hakimiyyətə gəlməsindən əvvəl baş verə bilməzdi.

Televiziya proqramının videosu əvvəlcə "hələ ki, müstəqil olan" mediada, sonra da bütün sosial şəbəkə və bloqlarda sürətlə yayıldı.

____________________________________________________________

Bunlara da bax:
Kollektivi “Azadlıq”a buraxmayıblar
Qanad açmış avtobus, uçur buludlar arasında

____________________________________________________________

BAŞ NAZİRİN MÜAVİNİ İSƏ...

Jurnalistlər hökumət sözçüsü və baş nazirin müavini Nurettin Canikliya professorun bu sözləri ilə bağlı sual veriblər. O professoru nə qınayıb, nə də onun tərəfini saxlayıb. O sadəcə olaraq deyib ki, bu məsələnin üstündən keçmək istərdi. "Fikrimcə bu məsələ qəsdən şişirdilir. Burada qeyri-qanuni bir şey varsa bu işə prokurorlar baxmalı olacaqlar."

Ancaq ictimaiyyətin reaksiyası güclü olduğundan professor ortaya çıxaraq "yanlış anlaşıldığını" deyib və bu anlaşılmazlığa görə üzr istəyib.

Müəllif hesab edir ki, dini ayinləri icra etməyən insanların həyatını çətinləşdirmək və dini həyat tərzinin hökumət tərəfindən "tövsiyə olunan" bir həyat tərzi olduğunu göstərmək Türkiyədə güclənməkdə olan bir trenddir. Onun fikrincə, baş verənlər bu trendin təzahürlərindən yalnız biridir.

50 KİLOMETR ARALAŞSANIZ...

Ramazan ərzində bir çox restoranlar xüsusi iftar təklifləri edirlər.

Müəllif Egey dənizi sahilində yerləşən bir kurortda bir dükan sahibi ilə söhbətini xatırlayır. Müəllif hamının oruc tutmaqda, yaxud da restoranlarda yemək yeməkdə azad olduğunu bəyəndiyini deyib. Dükan sahibi də gülümsəyərək deyib ki, "bəli, Aralıq dənizi çimərliklərində belədir, çünki onlar turizmdən dolanırlar. Ancaq 50 kilometr ölkənin içərilərinə gedin, görüm küçədə siqaret çəkə, yaxud su içə bilirsinizmi."

Türkiyənin Qara dəniz sahillərində yerləşən Trabzon şəhərində bir nəfər telefonu ilə video çəkib və yayıb. Həmin şəxs videoda belə deyir: "Trabzonun küçələrinə baxın, görün heç küçədə siqaret çəkən, yaxud su içən varmı. Demokratiya və s. məsələlər normaldır. Ancaq siz Trabzonda gündüz vaxtı orucunuzu pozsanız, Allaha and olsun, gözünüzü oyarlar."

Namaz qılmayanları təhqir edən ilahiyyat professoruna gəlincə, İstanbulun Beykoz məhəlləsində yaşayan bir vətəndaş onu məhkəməyə verib.

"Mən həyatım boyu heç vaxt namaz qılmamışam. 2015-ci ilə aid bir tədqiqatdan görürük ki, türk xalqının 27,5%-i, dünya əhalisininsə 85%-i ümumiyyətlə dua etmir. Bu, bütün dünyada yaşayan milyardlarla insana qarşı təhqirdir."

Buna da bax: ABŞ-da timsah 2 yaşlı uşağı aparıb

ABŞ-da timsah 2 yaşlı uşağı aparıb
Gözlə

No media source currently available

0:00 0:00:54 0:00

XS
SM
MD
LG