Keçid linkləri

2024, 03 May, Cümə, Bakı vaxtı 14:23

Azərbaycanda hər gün ortalama 24 nəfər narkotikə görə məsuliyyətə cəlb edilir


'Məktəb tualetlərində uşaqlara satırlar, öyrəşdirənədək...', - keçmiş narkotik aludəçisi danışır
Gözlə

No media source currently available

0:00 0:05:05 0:00

'Məktəb tualetlərində uşaqlara satırlar, öyrəşdirənədək...', - keçmiş narkotik aludəçisi danışır

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ötənilki fəaliyyətinə dair illik hesabatını açıqlayıb. Açıqlanan rəqəmlər son illər Azərbaycanda narkotik cinayətləri ilə bağlı göstəricilərin 2023-cü ildə də davam etdiyini göstərir. İlboyu narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində aparılan kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində toplam 10 min 60 cinayət faktı aşkarlanıb. Son iki ildə narkotik cinayətlərinin illik sayı 10 mini aşır.

Rəsmi rəqəmlərə görə, ötən il ölkədə qeydə alınana narkotik cinayətlərinin üçdə ikisi – 66 faizi (6 min 629-u) narkotik vasitələrin qanunsuz əldə edilib saxlanması ilə bağlıdır. Narkotik vasitələrin satışı ilə bağlı 3 min 141 cinayət qeydə alınıb. Bu, bütün narkotik cinayətlərinin 31 faizi deməkdir. Daha 286 cinayətsə narkotik vasitələrin kultivasiyası ilə bağlıdır. Ötən il boyunca toplam 7 tondan çox narkotik maddə ələ keçirilib. Bu, 2022-ci illə müqayisədə 29 faiz artım anlamına gəlir. Ələ keçirilmiş narkotik maddələrin bazar dəyəri 281 milyon manatdır.

Ötən il qeydə alınan narkotik cinayətləri ilə bağlı toplam 8 min 777 şəxs məsuliyyətə cəlb edilib. Onlardan 16 nəfəri 18 yaşına çatmayanlar, 22 faizi isə (1 min 893 nəfəri) gənclərdir. 2023-cü ildə narkotik cinayətlərinə görə məsuliyyətə cəlb edilənlərin cəmi 3 faizi (245 nəfəri) qadınlardır. Ötən il Azərbaycanda 100 xarici ölkə vətəndaşı da narkotik cinayətlərinə görə məsuliyyətə cəlb edilib. Onlardan 37 nəfəri İran, 32 nəfəri Türkiyə, 13 nəfəri Rusiya, 12 nəfəri Gürcüstan vətəndaşıdır. 2023-cü ildə narkotik cinayətləri ilə bağlı məsuliyyətə cəlb edilən şəxslərin 35 faizi (3 min 99 nəfəri) əvvəllər də cinayət törətmiş şəxslərdir. Bu məqam Azərbaycanda cəzaçəkmə müəssisələrində islahetmə prosesi ilə bağlı fəaliyyətdə ciddi çatışmazlıqların olduğunu göstərir.

'Patı' istifadəçisi: 'Elə bil, səni diri-diri qəbirə qoyurlar'
Gözlə

No media source currently available

0:00 0:04:47 0:00

Ən çox narkotik cinayətləri qeydə alınan ərazilər

Ötən il paytaxt Bakıda sözügedən cinayətlərlə bağlı 4 min 443 cinayət faktı qeydə alınıb. Bu o deməkdir ki, 2023-cü ildə ölkədə qeydə alınan narkotik cinayətlərinin təxminən 44 faizi Bakıda baş verib. Narkotik cinayətləri ilə bağlı məsuliyyətə cəlb edilənlərin də 46 faizi Bakı sakini olub. Ancaq paytaxtın rayonlarında qeydə alınan narkotik istifadəçilərinin sayına görə önəmli fərqlər gözə çarpır. Rəsmi rəqəmlərə görə, Bakı şəhəri üzrə narkotik istifadəçilərinin ən yüksək sayı Yasamal rayonunda qeydə alınıb. Ötən il Yasamal rayonunda qeydiyyatda olan hər min nəfərə doqquz narkotik istifadəçisi düşüb. Ən yüksək göstəricinin qeydə alındığı ikinci rayon Suraxanıdır (hər min nəfərə altı nəfər). Hazırda Bakı şəhərində yaşayan toplam 11 min 152 nəfər narkotik istifadəçisi kimi qeydiyyatdadır.

Narkotik istifadəçilərinin sayını digər rayon və şəhərlər üzrə gözdən keçirəndə Lənkəran Şirvan rayonlarında daha yüksək nəticə ortaya çıxır. Bu iki rayonda əhalinin hər min nəfərinə 14 narkotik istifadəçisi düşür. Salyan Sumqayıt da ən yüksək göstəricilərin qeydə alındığı ərazilər arasındadır - əhalinin hər min nəfərinə doqquz narkotik istifadəçisi qeydə alınıb. Bu ilin əvvəlinə olan göstəriciyə görə, Azərbaycanda 36 min 659 nəfər narkotik istifadəçisi dispanser nəzarətindədir.

'Patı'dan müalicə alan Aysel: '20 yaşın varsa, 25 yaşında öləcəksən'
Gözlə

No media source currently available

0:00 0:03:43 0:00

Bir ildə 172 ölüm, minlərlə məhbus

Ötən il ölkədə narkotik vasitələrin aşırı dozası üzündən ölüm halları da qeydə alınıb. İl ərzində 172 nəfər aşırı dozadan yaşamını itirib. Onlardan 25 nəfəri 30 yaşına çatmayan şəxslərdir. Son üç ilin göstəriciləri 2021-2023-cü illərdə Azərbaycanda 679 nəfər narkotik istifadəsinin həyatını itirdiyini üzə çıxarır.

Rəsmi rəqəmlərdən görünür ki, narkotik vasitələrdən istifadə Azərbaycanda İİV-ə (İnsan immunçatışmazlığı virusu) yoluxmanın da əsas səbəblərindəndir. Ötən il Azərbaycanda İİV-ə yoluxma ilə bağlı 919 hal qeydə alınıb. Bu virusa yoluxmuş şəxslərin 68 nəfəri məhz inyeksion narkotik istifadəsindən İİV-ə yoluxub.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının açıqladığı rəqəmlərə görə, 2023-cü il ərzində narkotik cinayətləri ilə bağlı toplam 9 min 236 nəfərə hökm oxunub. Onlardan 6 min 634 nəfərə məcburi müalicə təyin edilib. Onu da unutmaq olmaz ki, Azərbaycan Avropa məkanında əhali sayına nisbətdə ən çox məhbus olan ölkələrdən biridir. Bunun əsas səbəblərindən biri narkotik cinayətlərinin say çoxluğudur. Avropa Şurasının həbsxanalarla bağlı 2022-ci ilə dair hesabatına görə, Azərbaycanda əhalinin hər 100 min nəfərinə 217 məhbus düşür. Bu göstərici ilə Azərbaycan 47 ölkə arasında yalnız Türkiyə və Gürcüstandan geri qalıb. Avropa Şurasının hesabatında göstərilir ki, Azərbaycanın cəzaçəkmə müəssisələrindəki şəxslərin 40 faizə yaxını narkotik cinayətləri ilə bağlı məsuliyyətə cəlb edilən şəxslərdir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG