Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:02

«Sovetski»də tarixi binanın üzlüyünü sökməyə başladılar


►Mədəniyyət Nazirliyinin “sökülməyəcək” dedi qədim abidələrin üzlükləri niyə sökülür?..

“Bu ornamentlərdə Azərbaycan xalqının çoxəsrlik tarixi “şifrələnib”. Onları necə söküb atmaq olar”?

İyunun 10-da səhər saatlarında Yasamal rayon icra hakimiyyətinin göndərdiyi fəhlələrin Mirzə Fətəli Axundov küçəsi 45-də yerləşən tarixi binanın üzərindəki ornamentləri sökməsi sakinləri qəzəbləndirib. Həmin küçənin yaxınlığında yaşayan Əlövsət Qurbanov AzadlıqRadiosunun “Qaynar xətt”inə danışır ki, bir neçə gün əvvəl əraziyə gələn qurum işçiləri sakinləri arxayın ediblər ki, bundan sonra heç bir tarixi abidəyə əl vurulmayacaq. Amma…

“Yenə darışıblar tarixi binalara… O günlərdə Mədəniyyət Nazirliyi açıqladı ki, belə binalara əl vurulmayacaq, icra hakimiyyətinin işçiləri də eyni sözü dedilər, bir az arxayınlaşdıq. Belə görünür ki, xalqla oyun oynayırlar. Dövlət qurumunun da ağzı yalanla açılıqsa, deməyə söz qalmır. Bu ölkədə heç nəyə dövlət təminatı yoxdur”.

Qədim ikimərtəbəli bina memarlıq abidələrinin reyestrinə daxil idi. Sonradan qorunan bina kimi siyahıdan çıxarılıb. Binada yaşayış var. Sakinlər AzadlıqRadiosuna deyiblər ki, evlərindən çıxmayacaqlar. Onlar Hacıbala Abutalibovdan söküntünü dayandırmasını, prezident İlham Əliyevdənsə Sovetskidəki abidələrin saxlanması məsələsini şəxsən nəzarətinə götürməsini tələb edirlər.

​Kəmalə İmranova:

“İcra başçısının bu məsələlərdən başı çıxmaya bilər. Əlinə külüngü verib deyiblər dağıt, o da dağıdır. Ancaq ölkənin başçısının məsuliyyəti var. Hər məmləkətin qədimiliyini, keçmişini qoruyub saxlayan əsas amillərdən biri onun abidələridir. Ölkə başçısı Azərbaycanı, onun qədim tarixini özündə əks etdirən hər bir abidəsini qorunmağa məsuliyyət sahibidir”.

Mədəniyyət Nazirliyinin “sökülməyəcək” dedi qədim abidələrin üzlükləri niyə sökülür?.. AzadlıqRadiosu bu sualla Yasamal rayon icra hakimiyyətinə müraciət edib. Ancaq sual cavabsız qalıb.

“Amerikanın səsi” yazır ki, üzlüyün sökülməsi ilə məşğul olan şəxslər yerli sakinlərə və ora toplaşan ictimaiyyət nümayəndələrinə ornamentləri başqa yerə köçürəcəklərini və gələcəkdə nümayiş etdirəcəklərini deyiblər.

Lakin AzadlıqRadiosunun müxbiri müşahidə edib ki, söküntü işi ilə mütəxəssislər yox, fəhlələr məşğuldur.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (10 iyun)

Gələn həftəsonu keçiriləcək Formula 1 yarışlarına görə 5 günlük otel qiyməti 2500 manatdan başlanır.
Günün əsas hadisələri Azadlıq Radiosunda (10 iyun)
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (10 iyun)

"Büdcədən 5 milyarda qədər vəsait yayınıb"

XS
SM
MD
LG