Keçid linkləri

2024, 03 May, Cümə, Bakı vaxtı 19:16

ABŞ silahları Ukrayna cəbhəsində qüvvələr nisbətini dəyişə bilər - Qərb mediası


ATACMS raketinin atışı
ATACMS raketinin atışı

ABŞ Senatı Kiyevə yardım paketini qəbul etdikdən və sənəd prezident Co Bayden tərəfindən imzalandıqdan sonra Ukrayna Birləşmiş Ştatlardan yeni silah partiyasını bir həftə ərzində ala biləcək.

The Washington Post yazır ki, qanun layihəsinin təsdiqindən sonra Pentaqona yeni silahların Ukraynada cəbhə xəttinə göndərilməsi üçün bir həftədən az vaxt lazım gələcək.

Bu deyilənləri CBS telekanalına müsahibəsində ABŞ Senatı Kəşfiyyat komitəsinin başçısı Mark Uorner də təsdiq edib.

O deyib ki, prezident Bayden qanunu imzaladıqdan sonra bir həftə ərzində ABŞ-ın 300 kilometrədək vuruş radiusu olan ATACMS da daxil, uzaqvuran raketlərinin Ukraynaya göndərilməsinə başlanacaq.

Qanunun Senatdan keçməsi və prezident tərəfindən imzalanması artıq bu çərşənbə axşamı və ya çərşənbə günü baş verə bilər.

Pentaqon tədarükünü əvvəldən görüb

ABŞ mediası xəbər verirdi ki, Pentaqon Ukraynaya hərbi yardım üçün silahların böyük partiyasını artıq əvvəlcədən hazırlayıb.

Məhz bu səbəbdən də indi onların bir həftə ərzində Kiyevə çatacağı deyilir.

ABŞ Konqresinin Nümayəndələr Palatası aprelin 20-də Ukraynaya 60 milyard 800 milyon dollarlıq yardım paketini təsdiq edib.

Hərbi analitiklərin fikrincə ATACMS uzaqmənzilli taktiki raketləri cəbhə xəttində qüvvələr nisbətini dəyişməyə qabildir.

ABŞ-dakı Atlantic Council mərkəzinin elmi əməkdaşı Piter Dikinson bildirib ki, ATACMS raketləri Ukrayna qüvvələrinə Rusiyanın işğalı altında olan bütün ərazilərdəki hədəfləri vurmaq imkanı verəcək.

Ekspertlərin sözlərinə görə ATACMS xüsusilə də aerodromlardakı təyyarələrin, hava hücumundan müdafiə sistemlərinin, neft emalı zavodlarının və avtomobil nəqliyyatı logistika mərkəzlərinin vurulması üçün münasibdir.

Zelenski ürəklənib

Ukrayna prezidenti Volodimir Zelenski aprelin 22-də deyib ki, əgər Kiyev ona zəruri olan silah sistemlərini vaxtında ala bilsə, Ukrayna ordusu cəbhə xəttində təşəbbüsü ələ ala bilər.

NBC telekanalına müsahibəsində Zelenski bildirib ki, bugün Ukraynanın uzaqvuran raketlərə və hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var.

Ötən ilin oktyabr ayında Rusiya mediaları yazırdılar ki, Ukrayna ordusu məxfi qaydada 165 kilometri vura bilən ATACMS raketləri alıb.

Rusiya hərbiyyəsi o vaxt bildirmişdi ki, Ukrayna bu raketlərlə Zaporojye vilayətinin işğal olinmuş ərazilərinə zərbələr endirib.

Aprelin 17-də Ukrayna ordusu ilhaq olunmuş Krımdakı Cankoy hərbi aerodromuna zərbələr endirib.

Rusiya blogerləri bu zərbələrin də ATACMS raketləri ilə endirildiyini iddia edirdilər.

O vaxt Ukraynaya 300 kilometri vuran ATACMS raketlərinin verildiyinə dair hələ heç bir məlumat yox idi.

Amma qeyd olunurdu ki, Cankoy aerodromunu Xerson vilayətindən radiusu 165 kilometr olan raketlərlə də vurmaq mümkün idi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG