Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 23:32

Vardanyan Bakı həbsxanasında aclığı dayandırıb


Ruben Vardanyan
Ruben Vardanyan

Qarabağda keçmiş separatçı rejimin "dövlət katibi" olmuş Ruben Vardanyan Bakı İstintaq Təcridxanasında aclıq aksiyasını dayandırıb.

Ailəsinin bəyanatında vurğulanır ki, Vardanyanı səhhətinin pisləşməsi və saxlanma şəraiti ilə əlaqədar aclığı dayandırmağa razı sala biliblər.

"Qısa söhbət zamanı ailə üzvləri ona müxtəlif ölkələrin hökumət rəsmilərindən Azərbaycana artan təzyiqlər barədə məlumat veriblər. Həbsdə olan ermənilərin azad edilməsi üçün tədbirlərin görüldüyünü eşidən Ruben Vardanyan ailənin təkidli xahişlərinə tabe oldu", - qohumların açıqlamasında bildirilir.

Azərbaycan hökuməti Vardanyanın aclıq aksiyası keçirdiyinə dair xəbəri hələ ki, təsdiq və ya şərh etməyib.

22 aprel

Ailəsi ilə əlaqə saxlamağa icazə verilib

İki həftədən çox Bakı həbsxanasında təmas hüququ olmadan təkadamlıq kamerada saxlanılan Ruben Vardanyana ilk dəfə ailəsi ilə əlaqə saxlamağa icazə verilib.

"Bu, Ruben Vardanyanın beynəlxalq ictimaiyyətə təcili müraciətindən və aclıq aksiyasına başladığını elan etdikdən sonra baş verib", - Vardanyanın Facebook səhifəsində dərc olunmuş bəyanatda deyilir.

Ailəsinin dediyinə görə, telefon danışığı zamanı Vardanyan bütün bu müddət ərzində tam təcriddə saxlandığını, hətta oxumaq şansının belə olmadığını bildirib: "Bildiyimizə görə, onun yalnız təzyiqi ölçülürdü, başqa heç nə, bu da onun səhhətinin pisləşməsi ilə bağlı narahatlığımızı daha da artırır".

Vardanyanın ailəsi Azərbaycandan Beynəlxalq Qızıl Xaç Komitəsinin ona dərhal baş çəkməsinə icazə verməsini tələb edir ki, "bizim onun səhhətinin vəziyyəti ilə bağlı müstəqil sübutlarımız olsun və aclıq aksiyası zamanı ona lazımi tibbi yardım göstərildiyinə əmin olaq".

19 aprel

Ailəsi Vardanyanın Bakı həbsxanasında aclıq aksiyasına başladığını xəbər verir

Azərbaycanın Qarabağ bölgəsindəki keçmiş separatçı rejimin "dövlət katibi" olmuş Ruben Vardanyanın aprelin 5-dən Bakı həbsxanasında aclıq aksiyasına başladığı xəbər verilir.

Bu barədə onun ailəsi məlumat verib.

Keçmiş Rusiya vətəndaşı və milyarder Vardanyan Azərbaycanın ötən ilin sentyabrında Qarabağda keçirdiyi hərbi əməliyyatdan sonra həbs edilərək Bakıya gətirilib.

O, özünün və həbsdə olan başqa separatçıların dərhal və qeyd-şərtsiz azad olunmalarını tələb edir.

Vardanyan Rusiya vətəndaşlığından imtina etdikdən az sonra Azərbaycanın keçmiş separatçı bölgəsinə gəlmişdi.

Ruben Vardanyan: 'Ermənistan bizim əvəzimizə qərar verə bilməz'
Gözlə

No media source currently available

0:00 0:05:31 0:00

Telefon zəngləri kəsilib

Ailəsi bildirir ki, Vardanyan aclıq aksiyasına başlayandan bəri ona telefon zəngləri etmək qadağan olunub.

Vardanyanlar bunu beynəlxalq hüququn kobud şəkildə pozulması adlandırırlar.

Onlar bunu da deyirlər ki, Vardanyanın məhkəməsi yanvarda olmalı idi, amma sonradan proses "heç bir səbəb göstərilmədən" mayadək təxirə salınıb.

Vardanyan ailəsinin başqa tələbləri də var

Vardanyanlar deyirlər ki, onun və başqa erməni əsirlərin azad edilməsi müddəası Azərbaycan və Ermənistan arasında hər hansı sülh müqaviləsinin şərtlərinə daxil edilməli və bu tələb yerinə yetirilməyənədək Bakı COP29 iqlim konfransının ev sahibliyindən məhrum olunmalıdır.

55 yaşlı Vardanyan ötən il sentyabrın 27-də Qarabağdan kütləvi köç edən ermənilərlə birlikdə Azərbaycan-Ermənistan sərhədini keçmək istəyərkən həbs olunub.

Azərbaycanda Vardanyana qarşı "terrorun maliyyələşdirilməsi", "qanunsuz silahlı qruplaşmalar yaratmaq və bu qruplaşmalarda iştirak", "sərhədin qanunsuz keçilməsi" kimi ağır ittihamlar irəli sürülüb.

Qarabağın keçmiş separatçı rejimin başqa liderləri – Bako Saakyan, Arkadi Quklasyan Araik Arutyunyan və digərləri də Azərbaycanda həbsdədirlər. Onlara qarşı separatizm ittihamları irəli sürülüb.

Rəsmi Yerevan separatçı liderlər də daxil bütün erməni əsir və məhbusların azad olunmasını tələb edib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizləmə" kimi dəyərləndirib.

Qarabağdakı separatçı qurumun rəhbəri yeni ilə qədər bu qurumun fəaliyyətini dayandıracağını açıqlamışdı. Daha sonra da Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG