Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 11:37

Qazaxıstanda keçmiş daxili işlər naziri həbs olunub


Yerlan Turqumbayev (Arxiv fotosu)
Yerlan Turqumbayev (Arxiv fotosu)

Qazaxıstanda keçmiş daxili işlər naziri Yerlan Turqumbayev hakimiyyət və vəzifə səlahiyyətlərinin aşılması (ağır nəticələrə səbəb olduqda) ittihamı ilə həbs olunub.

Bu barədə məlumatı ölkənin Baş Prokurorluğu yayıb.

Prokurorluğun məlumatında bir sıra təfərrüatlar verilmir və qurum bunun bir hissəsinin dövlət sirri olduğunu və ya məhkəməyə qədər açıqlanması mümkün olmayan məlumat olduğunu bildirir.

2024-cü ilin martında Baş Prokurorluğun müstəntiqləri Turqumbayevi 2022-ci ilin yanvar hadisələri zamanı hüquq-mühafizə orqanlarının səlahiyyətlərini aşmasına dair iddialarla bağlı dindirmək üçün dəvət etmişdilər. O vaxt onun prosessual statusu barədə heç nə deyilmirdi.

2022-ci ilin yanvar hadisələrindən bir ay sonra Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Turqumbayevi vəzifəsindən azad etmiş, amma o prezidentin müşaviri təyin olunmuşdu.

Həmin hadisələr zamanı güc nazirlikləri əməkdaşlarının etiraz aksiyaları iştirakçılarına qarşı zorakılığa yol verdikləri deyilirdi.

2023-cü ildə Turqumbayev Şanxay Əməkdaşlıq Təşkilatının regional antiterror strukturunun müşaviri təyin olunmuşdu.

Amma başqalarına iş kəsilmişdi

Bundan əvvəl Qazaxıstanda güc strukturlarının çox sayda vəzifəlisi mühakimə edilmişdi.

Məsələn 2023-cü ilin martında Qazaxıstanın keçmiş müdafiə naziri Murat Bektanova etirazlar zamanı hakimiyyət səlahiyyətlərini aşdığına görə 12 il iş kəsilmişdi.

İstintaqın versiyasına görə Bektanov hakimiyyətin elan etdiyi fövqəladə vəziyyət dövründə “qanunsuz əmrlər verib və hərbi strateji obyektləri mühafizəsiz qoyub”, habelə “Konstitusiya qanunçuluğunun təmin edilməsi üçün lazımi tədbirləri görməyib”.

Elə həmin ilin aprelində Milli Təhlükəsizlik Komitəsinin keçmiş başçısı Karim Masimova dövlətə xəyanət və səlahiyyətlərinin aşılması ittihamı ilə 18 il iş kəsilib.

Bu iş üzrə fiqurant olan başqa şəxslər – Masimovun müavinləri Sadıkulova, Yerqojin və Osipova üç ildən 16 ilədək azadlıqdan məhrumetmə cəzaları verilib.

Kütləvi etirazlar

Qazaxıstanda kütləvi etiraz aksiyaları 2022-ci il, yanvarın 4-də, əvvəlcə qaz qiymətlərinin sıçrayışlı artımına görə başlamışdı.

Daha sonra yanvarın 7-dək davam etmiş kütləvi etirazlar hakimiyyətin istefası tələbi və keçmiş prezident Nursultan Nazarbayevin abidələrinin uçurulması ilə başa çatmışdı.

Bu dövrdə Almatı, Kustanay və başqa böyük şəhərlərdə internet söndürülmüş, ölkəyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qoşunları yeridilmişdi.

Rəsmi rəqəmlərə görə Qazaxıstanda yanvar hadisələri zamanı 238 nəfər həlak olub. Bunlardan 6-sı saxlandıqdan sonra verilən işgəncələr nəticəsində dünyasını dəyişib.

Hadisələrin gedişində minlərlə şəxs saxlanmış, amma daha sonra bu iş üzrə qaldırılmış cinayət işlərinə xitam verilmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG