Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 11:10

Tbilisidə etiraz və toqquşmalar davam edir (Video)


Tbilisi mayın 2-ə keçən gecə
Tbilisi mayın 2-ə keçən gecə

Mayın 1-dən 2-ə keçən gecə Tbilisinin mərkəzində “xarici təsirin şəffaflığı” qanununun qəbuluna etiraz edənlərin nümayişi zamanı xəsarət alan azı 15 nəfər xəstəxanaya yerləşdirilib.

Gürcüstan Səhiyyə Nazirliyinin məlumatına görə onların arasında güc nazirliklərinin əməkdaşları da var.

Mayın 1-də Gürcüstan parlamenti “xarici təsirin şəffaflığı” qanununu ikinci oxunuşda qəbul edib.

Onun leyhinə 83, əleyhinə 23 deputat səs verib.

AzadlıqRadiosunun müxbirləri bildirirlər ki, sənədin qəbul edilməsi hakim çoxluq və müxalif azlıq deputatları arasında dava-dalaşla müşayiət olunub.

Gürcüstan paytaxtında sözü gedən qanunun qəbuluna etiraz aksiyaları artıq bir neçə gündür ki, davam edir.

Adamların Tbilisinin baş küçəsi olan – Rustaveli prospektində və parlamentin binası qarşısında toplaşdıqları xəbər verilir.

Mayın 1-də etirazçılar parlamentin ətrafındakı barrikadalara od vurublar və küçələrdəki müşahidə kameralarını sındırıblar.

Polis etirazçıları dağıtmaq üçün suvuran maşınlardan, rezin güllələrdən və bibər qazından istifadə edib.

Gürcüstan DİN bildirir ki, polis bu vasitələrdən “mitinq iştirakçılarının aqressivliyinə və parlamentin dəmir darvazalarını sındıqmaq istədiyinə” görə istifadə etməli olub.

Xəbər verilir ki, parlament binasına dəyən ziyana görə mayın 2-ə təyin edilmiş sessiya təxirə salınıb.

Sosial şəbəkələrdə polisin etirazçıları döyməsini görüntüləyən videolar yayılır.

Nümayiş zamanı habelə ana müxalifət partiyası Vahid Milli Hərəkatın sədri Levan Xabeişvili də döyülüb.

Xatırlatma

Ötən il “Gürcü arzusu” partiyası “xarici təsirin şəffaflığı” haqqında qanun layihəsini parlamentə təqdim etmişdi.

Layihə fəaliyyətinin ən azı 20 faizi xaricdən maliyyələşən qeyri-mənfəət hüquqi şəxslərin və kütləvi informasiya vasitələrinin reyestrinin tərtibini nəzərdə tuturdu.

2023-cü il, martın 7-də parlament bu layihəni birinci oxunuşda qəbul etmişdi. Bu, kütləvi küçə etirazlarına səbəb olmuşdu. Həmin gün Gürcüstan parlamentinin binası qarşısında 40 minədək etirazçının yığıldığı xəbər verilirdi.

Polislə etirazçılar arasında baş vermiş toqquşmalarda nümayişçilərə qarşı gözyaşardıcı qazdan və suvuran maşınlardan istifadə olunmuşdu.

Gürcüstan DİN xəsarət alan etirazçıların sayı barədə məlumat verməsə də, 100-dən çox şəxsin saxlandığını bildirmişdi.

Etiraz aksiyaları martın 8-də də davam etmiş və martın 9-da hakim partiya və ona bağlı “Xalqın gücü” hərəkatı qanun layihəsini parlamentdən geri çağırmağa məcbur olmuşdu.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG