Keçid linkləri

2024, 03 May, Cümə, Bakı vaxtı 07:22

Rəsmi açıqlanan inflyasiyaya iki fərqli yozum...


Komitənin vurğulamasına görə, hesabat dövründə qida məhsulları, içkilər və tütün məmulatları 1,1 faiz ucuzlaşıb. Qeyri-qida məhsullarının 1,1 , əhaliyə göstərilmiş ödənişli xidmətlərin isə 2,2 faiz bahalaşdığı açıqlanıb.

Bəs görək, açıqlanan bu rəqəmlərə münasibət necədir?

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Tahir Mirkişili “Turan”

Tahir Mirkişili
Tahir Mirkişili

Agentliyinə deyib ki, 2 cür inflyasiya gostəricisi var, illik və orta illik:

"Dövlət Statitistika Komitəsinin açıqladığı rəqəm illik inflyasiyanı əhatə edir. Yəni 2024-cü ilin mart ayında olan qiymət 2023-cü ilin mart ayında olan giymətlə müqayisə olunur".

“Bütün dünyada inflyasiya səngiyib, o cümlədən Azərbaycanda”

Tahir Mirkişlinin fikrincə, bütün dünyada inflyasiya səngiyib, o cümlədən Azərbaycanda.

"İdxal inflyasiyasi səngidiyi və Azərbaycan daxilində anti-inflyasiya tədbirləri nəticəsində bu il inflyasiyanın səngiyəcəyini gözləyirdik. Bu barədə 2023-cü ilin büdcə müzakirələrində də hökumət və Mərkəzi Bank tərəfindən prognozlar verilmişdi",-deyə Mirkişili əlavə edib.

Rəşad Həsənov
Rəşad Həsənov

İqtisadçı Rəşad Həsənov isə rəsmi inflyasiya göstəricilərini mübahisələndirərək bildirib ki,hesabatlar olmadığından bu məlumatın nə qədər reallığa uyğun olduğunu demək çətindir:
“Rəsmi inflyasiya göstəriciləri bazarda qiymət artımları ilə müqayisədə daha aşağı olur”

"Təcrübə göstərir ki, həm metodoloji yanaşmadan, həm də bəzi dövrlərdə rəqəmlərin siyasiləşməsindən asılı olaraq adətən rəsmi inflyasiya göstəriciləri bazarda qiymət artımları ilə müqayisədə daha aşağı olur”

Amma onun fikirncə, indiki şərtlər daxilində trendlər düzgündür, inflyasiya səviyyəsi düşür:
“Bunu şərtləndirən mühüm amillərdən biri 2023-cü ilin dünya bazarında ərzaq qiymətlərinin azalmasıdır. Hansı ki, Azərbaycan idxaldan asılı ölkə kimi inflyasiya idxal yoluyla ölkəyə daxil olurdu. İkinci isə Azərbaycanda 2 manatdan biri ərzaqa xərclənirsə, mənzərə aydındır. Yəni inflyasiya bazasını əsasən ərzaq məhsulları formalaşdırır".
İqtisadçının fikrincə, 2024-cü ildə gözlənildiyinin əksinə olaraq sosial paketin açıqlanmaması da müəyyən mənada inflyasiyanın fiskal səbəblərdən artması, genişlənməsi imkanını məhdudlaşdırdı:

"Öz növbəsində Mərkəzi Bank da bu istiqamətdə mümkün alətlər vasitəsilə

Mərkəzi bank
Mərkəzi bank

müqavimət göstərməyə çalışdı, nəticədə faktiki açıqlanan rəqəmləri müqayisə edəcək göstəricilər olmasa da, amma trendlərin doğruluğunu təsdiq etmək imkanımız var".

“Əhalinin alıcılıq gücü artmır”

İqtisadçı əlavə edib ki, onun proqnozu illik inflyasiyanın martda 1.8 faiz ətrafında olacağı idi, açıqlanan rəqəmlər isə 1 faizi göstərir:

“ Təcrübə də onu göstərir ki, bu istiqamətdə müəyyən siyasətdən qaynaqlanan, məlumatların mənbəyindən irəli gələn və başqa səbəblərdən açıqlanan inflyasiya rəqəmləri bəzi hallarda bazarda real qiymət artımları ilə müqayisədə daha aşağı olur. Amma hazırda digər bir gerçək ondan ibarətdir ki, əhalinin alıcılıq gücü artmır. Faktiki olaraq, real gəlirlərdə ciddi artımlar yoxdur və sosial paketlər də olmadığı üçün bazarda qiymət artımları səngiməkdədir. İdxal inflyasiyası da təbii rolunu oynamaqdadır".

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG