Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 08:43

Latviya təhsildə ikinci xarici dil kimi rus dilindən imtina edəcək


Riqa məktəblərindən birində rus dili dərsi
Riqa məktəblərindən birində rus dili dərsi

Latviya hökuməti 2026/2027-ci tədris ilində orta məktəblərdə ikinci xarici dil kimi rus dilindən tədricən imtina edilməsinə dair qərar qəbul edib.

Bu qərara görə Latviya məktəblilərinə dördüncü sinifdən başlayaraq ikinci xarici dil kimi Avropa İttifaqı dillərindən birinin və ya təhsil sistemində hökumətlərarası müqavilələrdə nəzərdə tutulmuş dillərdən birinin tədrisi təklif olunacaq.

Latviya hökuməti hesab edir ki, bu qərar gənclərin Avropa təhsil məkanına qoşulmasına və Aİ dillərindən birini öyrənmələrinə yol açacaq.

Latviya məktəblərində birinci xarici dil kimi ingilis dili tədris olunur. Qərara görə ikinci xarici dilin öyənilməsinə 2026/2027-ci tədris ilində 5-ci sinifdən başlanmalıdır.

Sonrakı illərdə ikinci xarici dil 5-9-cu siniflərdə tədris olunacaq. Yeni sistemə tam keçid isə 2030/2031-ci tədris ili üçün nəzərdə tutulub.

Avropanın mədəniyyət və demokratiya məkanı

Bu da qeyd olunur ki, 4-cü sinfə 2025-ci ilin sentyabrında başlayan məktəblilərə 2025/2026-cı təhsil ilində ikinci xarici dil ümumiyyətlə keçilməyəcək.

2025-ci ilin 1 sentyabrında rus dilini ikinci xarici dil kimi öyrənən məktəblilərə orta məktəbi bitirənədək bu dilin təhsilini davam etdirmək imkanı yaradılacaq.

Latviyanın maarif və elm naziri Anda Çakşa bu barədə deyib:

"Məktəbdə Avropa İttifaqının dillərindən birinin ikinci xarici dil kimi tədris olunması ilə biz Avropanın mədəniyyət məkanına və demokratik dünyaya məxsusluğumuzu təsdiq edəcəyik. Rusiyanın bu yüzillikdə törətdiyi qanlı müharibədən, Ukrayna xalqının soyqırımından sonra rus dilinin ikinci xarici dil kimi icbari tədrisi Latviya cəmiyyətinin böyük bir hissəsi üçün qəbuledilməzdir”.

Bu da xəbər verilir ki, Latviya seymi “Təhsil haqqında” qanuna analoji dəyişikliyi ən yaxın vaxtlarda üçüncü oxunuşda qəbul edəcək.

Azalan statistika

Latviya Mərkəzi Statistika İdarəsinin məlumatına görə 2022-ci ildə Latviya məktəblilərinin əksəriyyəti (211 min şagird) xarici dil kimi öyrənmək üçün ingilis dilini seçib.

91 min şagird ikinci xarici dil kimi rus dilini öyrənir. Daha 27,6 min şagird isə ikinci xarici dil kimi alman dili dərsləri keçir.

Latviyanın Maarif və Elm Nazirliyi bildirir ki, 2020/2021-ci tədris ilində rus dili ikinci xarici dil kimi ölkənin 685 məktəbindən 315-də tədris edilirdi.

2021/22-ci tədris ilində bu rəqəm 668-dən 320, 2022/2023-cü tədris ilində isə 647-dən 282 idi.

Nazirlik bunu da vurğulayır ki, ölkə məktəblərinin az qala yarısında (44 faiz) başqa xarici dil müəllimlərinin çatışmazlığına görə rus dilinə alternativ yoxdur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG