8 Mart - iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. Beynəlxalq Qadınlar Gününün bayram kimi qeyd edilməsi Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların 2-ci Beynəlxalq konfransında qərara alınıb.
Martın 6-da "Toplum" internet televiziyasının Bakıdakı ofisində axtarışlar aparılıb, ardınca da redaksiyanın qapıları möhürlənib. Televiziyanın bir neçə əməkdaşı qaçaqmalçılıq maddəsi ilə ittiham olunaraq saxlanılıb.
ToplumTV-nin ofisində axtarış olub, qapısı möhürlənib.
Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında vəzifəli şəxslərin dövlət büdcəsindən 50 min manatdan artıq vəsaiti mənimsədiyinə dair şübhələr var.
Rusiya müxalifətinin həbsxanada ölən lideri Aleksey Navalnı martın 1-də dəfn olunub. Xanımı Yuliya ərinin işini davam etdirəcəyini deyib.
"Xural TV"nin rəhbəri, ilyarımdır həbsdə olan Əvəz Zeynallıya 9 il, "Səda TV" internet kanalının idarəedicisi Elnur Şükürova 4 il həbs cəzası kəsilib.
Sankt-Peterburqda Navalnı memorialına gül qoymağa görə 200-dək insan mühakimə olunub, onların çoxuna 14 sutkaya qədər həbs cəzası kəsilib. Həbsdə ölən siyasətçinin xatirəsini ananların bəzilərinə isə hərbi komissarlığa çağırış vərəqəsi verilib.
Son aylar Azərbaycanda 10-dan çox jurnalist, müxalifətçi və ictimai fəal həbs edilib. Onlara, əsasən, qaçaqmalçılıq ittihamı verilib. Hakimiyyətə yaxınlığı ilə seçilən bəzi media orqanlarında bu şəxslər "vətən xaini", "casus" kimi təqdim edilirlər.
Rusiya müxalifətinin liderlərindən Aleksey Navalnının Yamal-Nenets muxtar dairəsindəki koloniyada öldüyü xəbəri verilib.
Milli Məclisin fevralın 16-da keçirilən iclasında Əli Əsədovun yenidən baş nazir təyin edilməsinə razılıq verilib. Prezident İlham Əliyev bu vəzifəyə yenidən onun namizədliyini irəli sürüb. Ə.Əsədov 2019-cu ildən bu postu tutur.
Fevralın 14-də Azərbaycanın rəsmən yeni prezidenti seçildiyi açıqlanan İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. O, 21 ildir ölkəyə rəhbərlik edir.
Ermənistanın Müdafiə Nazirliyi Azərbaycanla sərhəddə qarşı tərəfin atəşindən dörd hərbçisinin öldürüldüyünü bildirir.
Davamı